Sosial, Hüquq
27.01.2018 / 13:00

Layiqli vətəndaş tərbiyəsi üçün

Layiqli vətəndaş tərbiyəsi üçün

Hazırda gənclərin tərbiyə edilməsi, onların mütərəqqi tələblər əsasında təhsil alması, dövlət və cəmiyyət üçün layiqli vətəndaş və şəxsiyyət kimi formalaşması üçün normal şəraitin yaradılması dövlət siyasətinin başlıca prinsiplərindəndir.

Deyirlər ki, yeniyetmələrin zehni ağ vərəq kimidir. Və burada böyüklərin nəsihəti, göstərdiyi düzgün istiqamətlər onların gələcəkdə formalaşması, layiqli vətəndaş olmaları üçün olduqca əhəmiyyətlidir.

Vətənpərvərlik tərbiyəsi öz Vətəninə sevgi və məhəbbət hissinin, vətəndaş məsuliyyətinin artırılması, hər an Vətəninin və xalqının müdafiəsinə qalxmağa hazırlığın formalaşması üçün olduqca vacibdir. Bu baxımdan təhsil müəssisələrində şagirdlərlə vaxtaşırı görüşlər keçirmək, onların zərərli vərdişlərə, narkomaniyaya və radikal dini qurumlara qoşulmalarının qarşısını almaq, cəmiyyətimizi narahat edən digər problemlərin həllində düzgün mövqe tutmaq üçünəsas vəzifələrdəndir.

Bu işdə polis veteranlarının dəyərli fəaliyyəti göz önündədir. Böyük həyat və xidmət yolu keçmiş, zəngin təcrübə qazanmış veteranlarımızın tövsiyələri gələcəyimizin qurucuları üçün bir nümunədir.
Ölkəmizin bütün bölgələrində olduğu kimi Cəlilabad rayonunda da polis veteranları öz bilik və bacarıqlarını gənclərlə bölüşürlər.Ötən il veteranlar 48 dəfə rayonun müxtəlif təhsil müəssisələrində, həmçinin ayrı-ayrı kollektivlərdə yeniyetmə və gənclər qarşısında çıxış edib, tövsiyələrini veriblər.

Çıxışlarda davamlı olaraq keçirilən maarifləndirici tədbirlərin gənclər arasında sağlam həyat tərzinin təbliği işini daha da yaxşılaşdırmaq, gənclərdə narkomanlığın fəsadları haqqında düzgün təsəvvürlər formalaşdırmaq, radikal dini təriqətlərə meyillərin artmasının qarşısını almaq, habelə erkən nikahın yaratdığı problemlər barədə gəncləri daha geniş məlumatlandırmaq məqsədi daşımasından və bunlara qarşı aparılan mübarizədən danışılıb.

Onlar cinayətkarlıqla mübarizədə də öz səylərini göstəriblər və ötən il rayon ərazisində 73 cinayətin açılmasında yaxından iştirak ediblər.

Zeyni Hüseynov,
DİN Mətbuat Xidmətinin əməkdaşı

Baxış sayı: 340