Araşdırma
26.01.2018 / 16:32

Yoldaş Stalın- Araşdırma

Yoldaş Stalın-
Vüqar Şahbazov/tarixçi, araşdırmaçı


XX əsrin siyasi və dövlət xadimi, sosializmin qurucusu, əzilən sinfin müdafiəsinə qalxan, dünya siyasətini dəyişməyə qadir olan, tarixdə az-az rast gəlinən diktator, Rusiyanı regional dövlətdən dünya gücünə çevirən bir siyasətçi...

İosif Stalin - 21 dekabr 1879-cu ildə Gürcüstanın Qori şəhərində anadan olub.

Stalinin həqiqi soyadı – İosif Vissarinoviç Cuqaşvili, qısaldılmış formada isə - Sosodur.

İnqilaba qədər Cuqaşvili çoxlu təxəllüs və partiya ləqəblərindən istifadə etmişdir. Bunlar arasında Besoşvili, Nijeradze, Çijikov və İvanoviç kimi ləqəbləri olub. Bu ləqəblər arasında Stalini çıxmaq şərtilə ən məşhuru gürcü folklorundan çıxan “Koba”dır.

Stalinlə Qori seminariyasında birlikdə oxumuş İmeraşvilinin 1932-ci ildə Berlində “Stalinin sirləri” kitabı çap olunur. O, kitabında Stalinlə bağlı qeydlərində yazır ki, o dövrdə yayılan çiçək xəstəliyi Stalini də tutur və xəstəliyin izləri onun üzündə qalır. Bu səbəbdən həmyaşıdları onu “Çijik”- azərbaycanca “Çopur” adlandırdılar.

Stalin həmyaşıdlarından dedikləri istehzalı sözlərə görə çox vaxt kənarda qalar, özünə qapanardı.

Qoridən Tiflisə gəldiyi və burada yaşadığı vaxtlar ehtiyyatsızlıq nəticəsində yoldan keçən arabanın təkəri altına düşür. Əlləri, ayaqları möhkəm əzilir. Anasına bu barədə xəbər göndərirlər. Anası əzilmiş Stalini gördükdə fəryad qoparır. Lakin, Stalin anasını sakitləşdirərək “Ana, mən yaxşıyam, narahat olma.” deyir.

Bu hadisəni belə ifadə də etmək olar ki, Stalin hələ uşaq ikən “fələyin çərxinə” düşür və oradan salamat qurtarır. Stalin uşaq olarkən onun ailəsində də vəziyyət yaxşı deyildi.

Atası Ədilxanov adına zavodda işləyən çəkməçi, anası isə zadəgan nəslindən olsa da çox kasıb evdar qadın idi.

Atası çox zaman evə içkili halda gələr, yoldaşını döyərdi. Hətta Stalin anasına qarşı haqsızlıq etdiyinə görə atasına qarşı çıxardı.

Bir sözlə Stalinin kiçik yaşlarında həyatı xoş keçmir, baş verən bu hallar Stalinin psixologiyasına hələ uşaq ikən öz mənfi təsirini göstərir. Stalin uşaqlıq dövrlərindən mütaliəni sevərdi, kitab oxumaq həvəskarı idi və onun ən çox sevdiyi kitab Aleksandr Kazbekin “Ata qatili” kitabıydı.

Yoldaş Stalın-


Uşaq Sosonun Kobaya çevrilməsində bu kitabın böyük rolu var. Stalin ömrünün bütün vaxtlarında hər gün 200 səhifə kitab oxardı. Anadan olduğu sərt dağ havasının təsiri, xarakterində və təbiətində olan soyuqqanlıq və ciddilik onun SSRİ kimi bir dövlətə rəhbərlik etməsində çox böyük rol oynadı.

Uşaqlıq illərində olan reflekslər onu ömrünün sonuna kimi müşayiət etdi.

İlk təhsilini dini gimnaziyada alan Stalin sonradan Tiflisdə seminariyada oxuyarkən bir neçə dəfə qovulur. 1894-cü ildə Stalin Qori seminariyasını “Əla” qiymətlərlə bitirir. Evdə ata və ana arasında uşağın gələcəkdə nə işlə məşqul olması haqqında mübahisələr gedir.

Ata oğlunun özü kimi çəkməçi, ana isə oxuyub təhsilli olmasını istəyir. Onun on bir yaşı olanda atası vəfat edir. Çar İvan Qroznı Stalinin yaddaşında kök salmış nümunəvi bir sima idi.

Stalin 15 yaşından siyasi fəaliyyətə başlayır. Onun fəaliyyət yolu marksist dərnəklərindən başlayır. Sonradan Leninin təsiri ilə bolşevik xəttini seçir. Marksist dərnəklərində çalışdığı zamanlar onunla həmfikir olmayan dərnəklərdən uzaqlaşır.

1904-cü ildə Yekatrina adlı qadınla ailə quran Stalin 3 il sonra onu itirir. Onun bu nikahdan Yakov adlı bir oğlu olur. 15 il sonra – 1922-ci ildə isə Stalin ikinci dəfə evlənir. Stalinin ikinci həyat yoldaşı Nadejda Alluliyevadan iki uşağı olur: Svetlana və Vasili.

Müharibədən sonra Moskvanın havadan müdafiəsinə rəhbərlik edən Vasili atasının vəfatından sonra həbs olunur. Svetlana isə Dehlidəki Amerika səfirliyindən siyasi sığınacaq alaraq ABŞ-a köçür.

Ardı var...

İnform.az

Baxış sayı: 386