Maqazin
26.01.2018 / 14:13

Trampa "Qarlı peyzaj" əvəzinə UNİTAZ təklif edildi

Trampa "Qarlı peyzaj" əvəzinə

ABŞ Prezidenti Donald Tramp və xanımı Melaniya Tramp Solomon Quqqenhaym Muzeyindən Van Qoqun rəsmini istəyiblər, lakin bunun əvəzində onlara qızıl unitaz təklif olunub.

Femida.az-ın xəbərinə görə Tramplar məşhur rəssamın "Qarlı peyzaj" (1888-ci il) əsərini öz otaqlarında asmaq istəyiblər.

"The Washington Post" qəzeti yazır ki, muzey rəhbərliyi nəzakətlə imtina edib, əvəzində isə müasir rəssam Maurisio Kattalenin "Amerika" adlı interaktiv işini - 18 karatlıq qızılla örtülmüş unitaz təklif olunub.

Qeyd edək ki, "Amerika" il ərzində muzeyin tualetində nümayiş olunub. Tənqidçilərin fikrincə, bu, ABŞ-da ifrat zənginliyi göstərən satirik işdir.

İnform.az

Baxış sayı: 293