Hüquq
26.01.2018 / 10:59

Onların təcrübəsi bu gün də öz bəhrəsini verir

Onların təcrübəsi bu gün də öz bəhrəsini verir

Bu gün polis veteranlarının təcrübəsindən, bilik və bacarıqlarından daha geniş və səmərəli istifadə edilir.

Onların ictimai təhlükəsizliyin təminində, cinayətlərin profilaktikası və açılmasında, təqsirləndirilən şəxslərin axtarışı tədbirlərinin planlaşdırılmasında, şəxsi heyətin təlim-tərbiyəsində, peşəkarlıqlarının artırılmasında, əhali arasında hüquqi biliklərin təbliğində fəaliyyətləri güclənib.
Ölkəmizin bütün bölgələrində olduğu kimi paytaxtda da polis veteranları öz bilik və bacarıqlarını gənc əməkdaşlarla bölüşürlər.

2017-ci il ərzində Səbail RPİ-nin Veteranlar Şurasının üzvləri ümumtəhsil məktəblərində, liseylərdə və kolleclərdə gənclərin vətənpərvər ruhda böyümələri, zərərli vərdişlərə, narkomaniyaya və radikal dini qurumlara qoşulmalarının qarşısının alınması məqsədi ilə şagirdlərlə 52 görüş keçirib və maarifləndirici söhbətlər aparıblar. Onlar cinayətkarlıqla mübarizədə də öz səylərini göstəriblər və ötən il rayon ərazisində 138 cinayətin açılmasında yaxından iştirak ediblər.

RPİ-nin Veteranlar Şurasının sədri Məmməd Qədimov əminliklə veteranların mütəmadi olaraq gənclərlə bir araya gəlməsi gələcək xidməti uğurlara yol açmaqla, ümumilikdə cəmiyyətin maraqlarına uyğun olduğunu və hamıya fayda verdiyini bildirib.

Zeyni Hüseynov
DİN Mətbuat Xidmətinin əməkdaşı

Baxış sayı: 265