Elm-təhsil
21.07.2015 / 16:50

Tarix İnstitutu: "İttihamları ciddi hesab etmirik"

Tarix İnstitutu: "İttihamları ciddi hesab etmirik"

Son günlər mətbuatda "Azərbaycan tarixi" fənninin "Ümumi tarix" fənni ilə biləşdirilməsi fikri gündəmə gəlib. Yəni, "Azərbaycan tarixi" fənninin "Ümumi Tarix" fənninin tərkibində tədris edilməsi təklif edilib. Bu xəbərin yayılmasından sonra cəmiyyətdə ciddi narazılıqlar yaranmışdır.
Sözü gedən xəbərlə bağlı Tarix İnstitinun mətbuat xidməti açıqlama verib: "Təhsil Problemləri İnstitutu Tarix İnstitutunu 10 iyul müzakirəsinə qarışmaqda ittiham edir. Bu ittihamı ciddi saymırıq. Çünki tarixçilər həm vətəndaş olaraq, Tarix İnstitutu isə öz mənəvi borcunu yerinə yetirərək “Azərbaycan tarixi”nin tədrisi məsələsinə biganə qala bilməz. Hüquqi dövlətdə hər kəsin KİV-də öz mövqeyini bildirmək hüququ vardır. Güman edirik ki, müvafiq təhsil rəsmiləri haqlı mövqe sərgilədiyi üçün bir daha AMEA Tarix İnstitutunu ittiham etməyəcəklər".
İnform.az

Baxış sayı: 382