Dünya
25.01.2018 / 23:46

Ukraynada helikopter qəzaya uğrayıb, 4 nəfər ölüb

Bu gün axşam saatlarında Ukraynanın Kremençuk şəhəri yaxınlığında Mi-8 helikopteri qəzaya uğrayıb. Qəza nəticəsində 4 nəfər ölüb.

AZƏRTAC-ın Ukrayna yerli mətbuatına istinadla verdiyi xəbərə görə, bu barədə Poltava vilayətinin Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat katibi Svetlana Rıbalko məlumat verib.

O bildirib ki, özəl aviaşirkətə məxsus helikopterdəki insanların hamısı həlak olub.

Hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparır.

İnform.az

Baxış sayı: 121