Elm-təhsil
21.07.2015 / 16:45

İxtisas seçimi başa çatır

İxtisas seçimi başa çatır

Bu gün ümumi (9-illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd təqdim etmiş və müsabiqə şərtlərini ödəmiş abituriyentlər üçün ixtisas seçimi başa çatır.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən İnform.az-a verilən xəbərə görə, həmin abituriyentlər bu gün saat 23.59-a kimi TQDK-nın internet saytındahttps://eservices.tqdk.gov.az/erizetex/ixtisas1/?frm=egov1 linkinə daxil olaraq ixtisas seçimi etməli və ixtisas seçimi ərizələrini təsdiq etməlidirlər. Həmin vaxta kimi ixtisas seçimi edib təsdiq etməyən abituriyentlər müsabiqəyə buraxılmayacaqlar.

İxtisas seçimi haqqında ətraflı məlumat, qəbul aparılan ixtisaslar və plan yerləri 3 saylı "Abituriyent" jurnalında təqdim olunub.

Qeyd edək ki, ümumi (9-illik) orta təhsil bazasında kolleclərin ixtisas seçimində ümumi balı 16-dan və hər bir fənn üzrə minimal balı 8-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.

Baxış sayı: 393