Dünya, Siyasət
25.01.2018 / 23:51

Ərdoğan Suriya ilə həmsərhəd Hatay əyalətinə səfər edib

  Ərdoğan Suriya ilə həmsərhəd Hatay əyalətinə səfər edibTürkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Suriya ilə həmsərhəd Hatay əyalətinə səfər edib.

APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, R.T.Ərdoğan Suriyanın Afrin bölgəsində aparılan əməliyyat komandanlığının qərargahına baş çəkib, yüksək rütbəli zabitlərin məruzələrini dinləyib.

Qeyd edək ki, Türkiyə ordusu yanvarın 20-də Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı “Zeytun budağı” əməliyyatına başlayıb.

İnform.az

Baxış sayı: 226