Maqazin
25.01.2018 / 16:26

Azər polisiləri başına yığdı...Niyə?- VİDEO

 Azər polisiləri başına yığdı...Niyə?-

Aparıcı Azər Zahid “Gelandewagen” markalı bahalı avtomobili ilə test etməyə çalışıb.

İnform.az axşam.az-ın məlumatına istinadən xəbər verir ki, aparıcı “Dərnəgül” metrostansiyası yaxınlığında öz və digər “Gelandewagen” markalı maşını sürətlə sürərək fərqləri aydınlaşdırmağa çalışıb.

Avtomobillərin gücü yoxlanarkən polis hadisə yerinə gəlib. Onlar aparıcının “avtoxuliqanlıq” etdiyini düşündüklərini bildiriblər. Bu haqda A.Zahid özü xəbər yayıb.

“Çəkiliş etdiyimiz zaman polis əməkdaşları gəliblər. Onlar həm təhlükəsizliyimizi qorumağa çalışdılar. Həm də burada “avtoxuliqanlıq” etdiyimizi düşünüblər. Kameralarda iki maşının yarışması kimi görüntü əks olunub” deyə, Azər bildirib.



İnform.az

Baxış sayı: 2097