Dünya
25.01.2018 / 14:52

"Afrində əməliyyat uğurla davam edir" - Binəli Yıldırım

"Afrində əməliyyat uğurla davam edir" -Afrində “Zeytun budağı” əməliyyatı uğurla davam edir, əməliyyat müddətində 300-ə yaxın terrorçu zərərsizləşdirilib.

İnform.az Trend-in məlumatına istinadən xəbər verir ki, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım deyib.

O qeyd edib ki, bu əməliyyat həmçinin, Avropanın marağındadır, çünki onun təhlükəsizliyi Türkiyədən başlayır.

B.Yıldırımın sözlərinə görə, “Zeytun budağı” əməliyyatı Türkiyənin iqtisadiyyatına təsir göstərməyəcək.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

İnform.az

Baxış sayı: 227