Din
25.01.2018 / 11:55

“Dini radikalizm və onun fəsadları” adlı tədbir keçirilib- Lerikdə

 “Dini radikalizm və onun fəsadları” adlı tədbir keçirilib-

DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsi və Lerik Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Lerik rayon Şingədulan kənd tam orta məktəbində “Dini radikalizm və onun fəsadları” adlı tədbir keçirilmiş, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” filmi nümayiş olunub.

Şöbədən İnform.az-a verilən məlumata görə tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Həsənov, Lerik Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Rafiq Əzizov, Lerik Rayon İcra Hakimiyyəti (RİH) başçısının Şingədulan kənd İnzibati Ərazi Dairəsində nümayəndəsi Nəbi Mirzəyev,məktəbin müəllim və şagird kollektivi iştirak edib.

Tədbiri giriş sözü ilə açan DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Həsənov çıxışında dini radikalizm, ekstremizm və onun fəsadları haqqında məlumat verərək, İslam həmrəyliyinin və milli-mənəvi dəyərlərin təbliğinin bu baxımdan əhəmiyyətini qeyd edib. A.Həsənov, eyni zamanda Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” filmi haqqında danışıb. Bildirib ki, filmin çəkilməsində əsas məqsəd gənclərin yad təsirlərdən, dini radikalizmdən qorunması və onlara vətənpərvərlik hislərinin təbliğ olunmasıdır.

Lerik Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Rafiq Əzizov, Lerik Rayon İcra Hakimiyyəti (RİH) başçısının Şingədulan kənd İnzibati Ərazi Dairəsində nümayəndəsi Nəbi Mirzəyevvə başqaları çıxışlarında şagirdlərlə bu istiqamətdə mütəmadi görüşlərin keçirilməsinin zəruriliyini qeyd edərək,gənclərin radikal dini təsirlərdən, dini radikalizmdən qorunmasında təhsilin və maarifləndimənin əhəmiyyətini vurğulayıblar.

Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” filmi nümayiş olunub və tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

İnform.az



Baxış sayı: 395