Dünya
25.01.2018 / 10:27

Qətər Əmiri "Zeytun budağı" hərbi əməliyyatını dəstəkləyir

Qətər Əmiri "Zeytun budağı" hərbi əməliyyatını dəstəkləyirQətər Əmiri şeyx Təmim bin Həməd Al Tani Türkiyənin Suriyanın Afrin bölgəsində apardığı hərbi əməliyyatı dəstəkləyir.

İnform.az Trend-in məlumatına istinadən xəbər verir ki, Qətər Əmiri ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı öz dəstəyini ifadə edib.

Al Tani qeyd edib ki, Qətər Türkiyənin terror təşkilatlarına qarşı mübarizə üzrə bütün səylərini dəstəkləyir: "Türkiyənin öz təhlükəsizliyini təmin etməyə tam haqqı var".

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

İnform.az

Baxış sayı: 205