Dünya, Hadisə
25.01.2018 / 03:01

Yaşayış binasında partlayış olub, 11 nəfər xəsarət alıb- Rusiyada

Yaşayış binasında partlayış olub, 11 nəfər xəsarət alıb-

Rusiyanın Yekaterinburq şəhərində çoxmərtəbəli yaşayış binasında partlayış baş verib.

İnform.az APA-nın istinadən verdiyi xəbərə istinadən bildirir ki, nəticədə 5-i uşaq olmaqla 11 nəfər xəsarət alıb.

İlkin məlumata görə, mənzillərdən birində qaz partlayıb. Hadisə yerinə cəlb edilən xilasedicilər mənzillərdən birində iki 5 litrlik qaz balonu aşkarlayıblar.

Faktla bağlı araşdırma aparılır.

İnform.az

Baxış sayı: 276