Şərhlər
25.01.2018 / 02:16

Nicatdan sonra düşünürəm ki, görəsən mənim...

Nicatdan sonra düşünürəm ki, görəsən mənim...Ülkər Abdullayevanın facebook səhifəsindən:

Nicatın övladı xəstə imiş, onun müalicəsi üçün aldığı borclar üst-üstə yığılıbmış, özünə heç yerdə yer tapmırmış...


Bu hal mənə o qədər tanışdır ki... İnsan çətinə düşəndə dostları çox seyrəlir, qolundan tutub qaldıran çox az adam qalır ətrafında...

Həyatda heç kəsə, hətta düşmənimə belə övladının xəstə olmasını arzulamıram. Övlad xəstə olanda dünyanın necə döndüyü umrunda belə olmur. Qazandığın pul da, aldığın ev, maşın və s. də, geyindiyin paltar da, getdiyin ziyafətlər də sənin üçün heç nəyi ifadə eləmir.

Gecə-gündüz çalışırsan ki, xəstə övladının müalicəsi üçün pul toplayasan, vəziyyəti kritikləşəndə ən azı onu ölkə-ölkə gəzdirib dərdinə əlac axtara bilmən üçün sata biləcəyin bir əmlakın olsun.

Mənim 43 yaşım var. Nicatdan sonra düşünürəm ki, görəsən mənim vaxtım nə vaxtdır?!

Amma xəstə övladları olan valideynlərin onları taleyin ümidinə buraxıb dünyadan bu qədər tez köçməsi ilahi ədalətsizlikdir.

Təkcə özlərinə görə yox, məhz xəstə uşaqlarına görə. Axı o uşaqların həmişə valideyn qayğısına ehtiyacı olur....

İnform.az

Baxış sayı: 311