Baş xəbər, Siyasət
24.01.2018 / 17:10

Prezident İlham Əliyevin Davosda İsrailin Baş naziri ilə görüşü olub

Prezident İlham Əliyevin Davosda İsrailin Baş naziri ilə görüşü olub

Yanvarın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu ilə görüşü olub.

İnform.az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri məmnunluqla xatırlandı, səfərin nəticələrinin Azərbaycan-İsrail əlaqələrinin inkişafına yeni təkan verdiyi qeyd olundu.

Söhbət zamanı ikitərəfli əlaqələrin müxtəlif aspektləri müzakirə edildi, gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparıldı.

İnform.az

Baxış sayı: 261