Elm-təhsil
24.01.2018 / 16:40

Nəsirəddin Tusinin “Əxlaqi-nasiri” əsərinə həsr olunan konfrans keçirilib- FOTO

Nəsirəddin Tusinin “Əxlaqi-nasiri” əsərinə həsr olunan konfrans keçirilib-

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitututərəfindən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” 28 avqust 2017-ci il tarixli Sərəncamı çərçivəsindəNəsirəddin Tusinin “Əxlaqi-Nasiri” əsərinə həsr olunan elmi konfrans keçirilib.

Bu barədə İnform.az-a Bölmənin İnformasiya şöbəsindən məlumat verilib.

Məlumata görə, tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərəkdünya şöhrətli mütəfəkkir, görkəmli Azərbaycan alimi Məhəmməd Nəsirəddin Tusininhəyat və yaradıcılığından, zəngin irsindən,filosofun qiymətli əsərlərindən ətraflı bəhs edib. Bildirib ki, Tusi yaradıcılığının əsasını insan əxlaqının saflaşdırılması ideyası təşkil edir. N. Tusininşəxsi kitabxanasında 400 min nəşrin olduğunu deyən akademik görkəmli alimin bilik əldə etməkdə vəinsanın kamilləşməsində mütaliəyə xüsusi önəm verdiyini söyləyib.

İsmayıl HacıyevTusinin ictimai, iqtisadi, siyasi, əxlaqi, fəlsəfi və tərbiyəvi baxımından xüsusi əhəmiyyətə malik olan “Əxlaqi-Nasiri” əsərininmüasir dövrdə də öz aktuallığını qoruduğunu vurğulayıb.
Sonra bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin “Nəsirəddin Tusinin həyatı və yaradıcılığı”, Batabat Astrofizika Rəsədxanasının direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Qulu Həziyevin ““Əxlaqi-Nasiri” əsərinin yazılma tarixi”, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ramiz Qasımovun “Şair və ədəbiyyatşünas Nəsirəddin Tusi”, Əlyazmalar Fondunun şöbə müdiri,filologiya üzrə fəlsəfə doktoru Səbuhi İbrahimovun ““Əxlaqi-Nasiri”də ictimai münasibətlər”, İncəsənət, Dil vəƏdəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin böyük laborantı Sahab Əliyevanın ““Əxlaqi-Nasiri” didaktik əsər kimi”mövzusunda məruzələridinlənilib.Qeyd olunub ki,görkəmli alimin “Əxlaqi-Nasiri” əsərigələcək nəsillər üçün də qürur və iftixar mənbəyi olaraq qalacaq.

Daha sonraTarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli, Təbii Ehtiyatlar İnstitutunun əməkdaşı,kimya elmləri doktoru Bayram Rzayev və digərləri çıxış edərək orta əsr mənbələrində, həmçinin müsəlman kitabələrində Ordubad şəhərində yaşayan Tusi nəslindən olan şəxsiyyətlər barəsində məlumatlarıdiqqətə çatdırıblar.

Nəsirəddin Tusinin “Əxlaqi-nasiri” əsərinə həsr olunan konfrans keçirilib-





Baxış sayı: 301