Dünya, Hərbi
24.01.2018 / 15:47

Afrin əməliyyatları daha 2 türk əsgərini yaraladı

Afrin əməliyyatları daha 2 türk əsgərini yaraladı
Türkiyənin Afrində keçirdiyi əməliyyatlar zamanı daha 2 hərbçisi yaralanıb.

İnform.az Trend-in məlumatına istinadən xəbər verir ki, yaralıların Suriya ilə sərhəddə Hatay vilayətində xəstəxanaya yerləşdirildiyi bildirilib. Yaralıların vəziyyəti barədə məlumat verilməyib.

Xatırladaq ki, daha öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan etmişdi ki, Türkiyə Silahlı Qüvvələri və Suriya müxalifəti "Zeytun budağı" hərbi əməliyyatının ilk 4 günü ərzində 7-8 nəfər, düşmən isə 268 nəfər itki verib.

Qeyd edək ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

İnform.az

Baxış sayı: 268