Baş xəbər, Dünya, Siyasət
24.01.2018 / 00:21

Ərdoğan Putinlə "Zeytun budağı"nı müzakirə etdi

Ərdoğan Putinlə "Zeytun budağı"nı müzakirə etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı baş tutub.

İnform.az axar.az-a istinadən xəbər verir ki, rəsmilər Suriyadakı son siyasi prosesləri və “Zeytun budağı” əməliyyatını müzakirə ediblər.

Ərdoğan “Zeytun budağı” əməliyyatı ilə Afrinin PYD və İŞİD-dən təmizləməyi hədəflədiklərini bildirib və Suriyanın suverenliyi baxımından bu hərəkatın böyük önəm daşıdığını da əlavə edib.

Türkiyə lideri Suriya məsələsində Rusiya ilə birgə çalışmağa böyük önəm verdiyini də vurğulayıb.

İnform.az

Baxış sayı: 278