Elm-təhsil
23.01.2018 / 10:35

Bakı Ali Neft Məktəbi IADC ilə əməkdaşlığı genişləndirir

Bakı Ali Neft Məktəbi  IADC ilə əməkdaşlığı genişləndirir

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Qazma Podratçıları Beynəlxalq Assosiasiyasının (IADC) nümayəndə heyətilə görüşüb.

Bu barədə İnform.az-a BANM-in mətbuat xidmətindən məlumat verilib.

IADC-nin Əməliyyat təhlükəsizliyi üzrə İdarəedici vitse-prezidenti Mark Denkovski, Yaxın Şərq və Afrika regionu üzrətəmsilçi Hişam Zebian, Assosiasiyanın Xəzər hövzəsi üzrə Komitəsinin sədri, eyni zamanda SOCAR AQŞ-də quyu meneceriQraham Klark və SOCAR AQŞ-nin layihə meneceri Şəbnəm Məmmədovavə BANM-ın rəhbərliyi öncəmüəssisələr arasında yaranmış münasibətlər və davamlı əməkdaşlığın müəyyən istiqamətləri haqqında danışıqlar aparıblar.

Ali Məktəbin rektoru Elmar Qasımov IADC-nin nümayəndələrinə BANM-ın fəaliyyəti və onun məqsədi haqqında geniş məlumat verərək, bu əməkdaşlığın Ali Məktəbin kadr hazırlığında öz müsbət təsirini göstərəbiləcəyinə əmin olduğunu bildirib. Rektor və nümayəndələr arasında BANM-ın tələbələrinin IADC-nin Azərbaycanda yaradılan yeni bölməsinin fəaliyyətindən hansı istiqamətlərdə yararlana biləcəkləri haqqında müzakirələr aparılıb.

Daha sonra qonaqlar BANM-ın tələbələrilə görüşüb. İdarəedici vitse-prezident Mark Denkovski tələbələrə IADC və onun fəaliyyətilə bağlı geniş təqdimat edib. Təqdimat zamanı cənab Denkovski şirkətin öz məqsəd və missiyasına çatmaq üçün məqsədlərindən, 2017-ci ildə üzvlük statistikasından, IADC-nin strategiyası və mövcud layihələri, neft-qaz sahəsinə olan gələcək tələbatdan, IADC akkreditasiyalarından, standartlaşdırma və sistemlərdən və təlim proqramlarından ətraflı məlumat verib. Vitse-prezident tələbələrətəşkilata üzv olmaqla və aktiv iştirak etməklə neft və qaz qazma sahəsində öz şəxsi inkişaf və təcrübələrini əhəmiyyətli dərəcədə artıra biləcəklərini söyləyib.

Qeyd edək ki, 1940-cı ildən bəri fəaliyyət göstərən və baş ofisi Amerikanın Hyuston şəhərində yerləşən IADC qeyri-kommersiya təşkilatıdır və o neft və qaz kəşfiyyatı, quyu tikintisi, istismar, neft-mədən avadanlığının istehsalı və bu kimi müvafiq xidmətlər ilə məşğul olan 1600 üzv müəssisəni öz ətrafında birləşdirir.

İnform.az




Baxış sayı: 219