Diaspora Akademiyası, Gündəm
23.01.2018 / 10:50

Sankt-Peterbuqrda 20 Yanvar faciəsinə həsr olunmuş gecə keçirilib- Fotolar

Sankt-Peterbuqrda 20 Yanvar faciəsinə həsr olunmuş gecə keçirilib-

1990-cı il yanvarın 20-də Bakıda baş verən faciənin qurbanları Rusiyanın Sankt-Peterburq şəhərində anılıb. Sankt-Peterburq şəhərində Azərbaycanlıların Milli-Mədəni Muxtariyyətinin rəhbəri Vaqif Məmişov tədbiri açaraq, hadisələrlə bağlı qısa məlumat verib.

İnform.az Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata istinadən xəbər verir ki, tədbirdə Azərbaycanın Sankt-Peterbuqrdakı Baş konsulu Sultan Qasımov, Millətlər Evinin direktor müavini Dmitriy Fedotov, professor Yuriy Pompeyev, “Naxçıvan” İctimai Birliyinin rəhbəri İdris Qəhrəmanov, azərbaycanlıların və digər xalqların diaspor nümayəndələri iştirak edib.

Həmin hadisələri Valeh Rzayev, Fatma Nəzirlio günləri ürək agırısı ilə xatırlayıblar. Tünzalə Novruzova, Əfsun Hüseynov, Mətin Qədiməliyev və Aynur Qasımova çıxış edərək 20 Yanvar hadisələrinin 28-ci ildönümündə xalqımızın igid övladlarının fədakarlığını məhəbbətlə xatırladığını, onların əziz xatirəsini böyük ehtiramla yad etiyini deyiblər.

Çıxışlardan sonra İsmayıl Hacıyev Cövdət Hacıyevin ümummilli lider Heydər Əliyevə həsr etdiyi “Onu zaman seçdi” simfonik trilogiyasından “20 yanvar 1990” simfoniyasını ifa edilib.

Sankt-Peterbuqrda 20 Yanvar faciəsinə həsr olunmuş gecə keçirilib-


Sankt-Peterbuqrda 20 Yanvar faciəsinə həsr olunmuş gecə keçirilib-


Sankt-Peterbuqrda 20 Yanvar faciəsinə həsr olunmuş gecə keçirilib-


Sankt-Peterbuqrda 20 Yanvar faciəsinə həsr olunmuş gecə keçirilib-


Sankt-Peterbuqrda 20 Yanvar faciəsinə həsr olunmuş gecə keçirilib-


Sankt-Peterbuqrda 20 Yanvar faciəsinə həsr olunmuş gecə keçirilib-


Sankt-Peterbuqrda 20 Yanvar faciəsinə həsr olunmuş gecə keçirilib-


Sankt-Peterbuqrda 20 Yanvar faciəsinə həsr olunmuş gecə keçirilib-


İnform.az

Baxış sayı: 181