Dünya
23.01.2018 / 15:25

Polisdən QƏRİBƏ ƏMƏLİYYAT

Polisdən QƏRİBƏ ƏMƏLİYYATHindistanda “Ələddinin sehrli çırağı” nağılından təsirlənərək şüşədə cin satmaq ticarəti məşğul olan 4 nəfər saxlanılıb.

İnform.az Publika.az-a istinadən xəbər verir ki, polisin keçirdiyi əməliyyat nəticəsində fırıldaqçılardan birinin polis olduğu müəyyənləşib.

Fırıldaqçılar şüşədə cin almaq istəyən 2 nəfəri onların istədiyi məbləğdə (15 000 dollar) pul vermədikləri üçün soyublar. Məhz bu hadisədən sonra polis cin tacirlərinin izinə düşüb.

İstintaq əməliyyatlarından sonra məhkəmə işi açılıb. Lakin fırıldaqçılar pul ödəmək şərtilə azadlığa buraxılıb.

İnform.az

Baxış sayı: 27