Dünya, Siyasət
23.01.2018 / 15:22

Dağlıq Qarabağ münaqişəsini müzakirə edib Rusiya

Dağlıq Qarabağ münaqişəsini müzakirə edibRusiya xarici işlər nazirinin müavini Qriqoriy Karasin və BMT-nin Cənubi Qafqaz üzrə Cenevrə danışıqlarında həmsədrinin vəzifəsini icra edən Levent Bilman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.

İnform.az Trend-in məlumatına istinadən bildirir ki, görüş barədə Rusiya XİN-in yaydığı məlumatda qeyd edilir ki, görüş zamanı münaqişələrin nizamlanması mövzusuna toxunulub: "Cənubi Qafqazda təhlükəsizlik və sabitlik üzrə Cenevrə danışıqlarına xüsusi diqqət ayrıldı".

Məlumata görə, tərəflər eləcə də münaqişələrin qarşısının alınmasında BMT-nin iştirakı ilə sülh və təhülkəsizliyin təmin edilməsi məsələlərini müzakirə edib.

İnform.az

Baxış sayı: 49