Diaspora Akademiyası, Elm-təhsil
23.01.2018 / 10:32

Millət vəkili Cavid adına məktəbdə olub- İstanbulda

Millət vəkili Cavid adına məktəbdə olub-

Millət vəkili Adil Əliyev İStanbulda H.Cavid adına Azərbaycan məktəbində olub.

İnform.az bildirir ki, bu barədə müllət vəkili özünün şəxsi facebook səhifəsində şərhini paylaşıb.

Şərhdə deyilir:

"Dostlar, bu gün İstanbulda böyük şairimiz Hüseyn Cavid adına Azərbaycan məktəbində oldum. Səmimi deyim ki, sevincimin həddi-hüdudu yoxdur. Belə məktəbin fəaliyyət göstərməsini ancaq alqışlamaq lazımdır. İllərdir ki, təhsildən kənarda qalan uşaqlarımız məktəbdə təhsil alırlar. Şagirdlərimizlə ünsiyyətdə olub, onları dinlədim. Hamısı biri-birindən ağıllı və gələcəkləri parlaq olan şagirdlərimizdir. Həvəslə oxuyurlar və dərslərə böyük maraq göstərirlər.

Məktəbin qurulumasında böyük əziyyət çəkən "Azərbaycan Təhsil, Mədəniyyət və Sosial Həmrəylik" Dərnəyinin sədri, alim Şərqiyyə Məmmədovaya öz təşəkkürümü çatdırıram ki,bu cür müqəddəs və nəcib bir iş ortaya qoyub."

Millət vəkili Cavid adına məktəbdə olub-


İnform.az

Baxış sayı: 297