Hadisə
23.01.2018 / 08:39

Bakıda orta yaşlı kişi küçədə bıçaqlandı

Bakıda orta yaşlı kişi küçədə bıçaqlandı Bakının Sabunçu rayonunda baş vermiş dava zamanı bir nəfər bıçaq xəsarəti alıb.

İnform.az "Report"-a istinadən xəbər verir ki, hadisə Ramana qəsəbəsində, Şuşa şəhərciyində baş verib.

1983-cü il təvəllüdlü Hüseynov Zöhrab Şamil oğlu küçədə tanımadığı şəxslə əlbəyaxa dava edib. O, naməlum şəxsin bıçaqla hücumuna məruz qalıb. Nəticədə Z.Hüseynov kürək nahiyəsindən iki bıçaq xəsarəti alıb.

Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi araşdırma aparır.

İnform.az

Baxış sayı: 41