Maqazin
23.01.2018 / 07:55

Hollivudun ən yaşlı aktrisası 106 yaşında vəfat etdi

Hollivudun ən yaşlı aktrisası 106 yaşında vəfat etdi Hollivudun ən yaşlı aktrisası Konni Soyer 106 yaşında vəfat edib.

İnform.az APA-ya istinadən xəbər verir ki, K.Soyer Los-Ancelesdəki evində dünyasını dəyişib.

Konni Soyer 1912-ci ildə yəhudi əsilli Rumın mühacirinin ailəsində dünyaya gəlib. 2012-ci ildə 99 yaşlı aktrisa ABŞ-ın Kinematoqrafiya, İncəsənət və Elm Akademiyasının ən qocaman üzvü olub.

1953-cü ildə karyerasına başlayan Konni Soyer son dəfə 2013-cü ildə kinoya çəkilib.

İnform.az

Baxış sayı: 251