Baş xəbər, Siyasət
22.01.2018 / 21:15

Prezident İlham Əliyevin Davosda “LUKOİL” şirkətinin prezidenti ilə görüşü olub

Prezident İlham Əliyevin Davosda “LUKOİL” şirkətinin prezidenti ilə görüşü olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda Rusiyanın “LUKOİL” şirkətinin prezidenti Vahid Ələkbərov ilə görüşüb.

İnform.az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə “LUKOİL” şirkətinin Azərbaycandakı uğurlu fəaliyyəti müzakirə olundu. Bu şirkətin 20 ildən çoxdur ki, ölkəmizə sərmayələr qoyduğu qeyd edildi. “LUKOİL”-SOCAR əlaqələrinin uğurla inkişaf etdiyi bildirildi və gələcək əməkdaşlığın istiqamətləri ilə bağlı fikir mübadiləsi aparıldı.

İnform.az

Baxış sayı: 221