Diaspora Akademiyası, Gündəm
22.01.2018 / 17:10

20 Yanvar şəhidlərinin xatirəsi Çexiyada da yad edilib

Çexiya Respublikası Brno şəhəri Masarik Universiteti pedaqoji fakültəsində 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Tədbirdə Masarik Universitetinin professoru Azər Kərimov çıxış edərək 1990-ci ildə baş verən hadisələr barədə ətraflı məlumat verib. Qeyd olunub ki, 20 yanvar Azərbaycanda ümumxalq hüzn günü kimi qəbul olunub və hər il bu tarix Azərbaycanda, eləcə də dünyanınbir sıra ölkələrində yaşayan soydaşlarımız tərəfindən qeyd olunur.

1990-cı ildə Sovet ordusunun xəbərdarlıq etmədən Azərbaycan xalqına qarşı hərbi əməliyyatlara başlaması nəticəsində 147 nəfərin qətlə yetirildiyi, 744 nəfərin yaralandığı, yüzlərlə insan itkin düşdüyü, 841 nəfərin qanunsuz həbs olunduğu iştirakçıların diqqətinə çatdırılıb.

Faciələrlə dolu, qanlı yanvarayının Azərbaycanın tarixinə qara hərflərlə yazıldığı, bu hadisələr zamanı ölkəsinin müstəqilliyi uğrunda canını fəda etmiş insanların xarirəsinin hər zaman əziz tutulduğu vurğulanıb.

Dəfələrlə Azərbaycanda olmuş, Azərbaycanı yaxından tanıyan tarixçi alim Frantisek Capka, professor İvan Meznik, Tomas Cermak, azərbaycanlı tələbələr adından Ləman Əhmədova, Arzu Sadıqov tədbirdə çıxış edərək Azərbaycan xalqının hüznünə şərik olduqlarını bildiriblər.

İnform.az


Baxış sayı: 33