Gündəm, Dünya
22.01.2018 / 21:44

"Əgər Türkiyə geri çəkilsə..." – Əziz Babuşçu

 "Əgər Türkiyə geri çəkilsə..." – Türkiyə Afrindəki hədəflərinə çatana qədər bu əməliyyatı davam etdirməyə məcburdur.

İnform.az axar.az-ın xəbərinə istinadən xəbər verir ki, bu barədə Ədalət və İnkişaf Partiyasından olan millət vəkili Əziz Babuşçu danışıb.

“Hədəfə çatmadan geri çəkilmək bizim üçün nüfuz, etibar itkisi deməkdir. Hamısından əvəl isə geri çəkilmək əməliyyat üçün səbəb göstərdiyimiz milli təhlükəsizlik təhdidlərinə razı olmağımız anlamına gələr. Türkiyənin bunu etməsi mümkün deyil”, - millət vəkili deyib.

Qeyd edək ki, Türkiyə Afrin əməliyyatı ilə birlikdə sərhədləri boyu yaradılmış terror koridorunu yarmaq niyyətindədir.

İnform.az

Baxış sayı: 28