Diaspora Akademiyası, Gündəm
22.01.2018 / 18:07

Varşavada 20 Yanvar faciəsi ilə bağlı aksiya keçirilib-Foto

Varşavada 20 Yanvar faciəsi ilə bağlı aksiya keçirilib-Foto

Polşanın paytaxtı Varşava şəhərində 20 Yanvar faciəsinin anım günümü nasibətilə mərkəzi meydan və küçələrdə bu ölkədə fəaliyyət göstərən Polşa Azərbaycanlı Gənclər Şurasının üzvləri tərəfindən məlumatlandırma aksiyası keçirilib.

İnform.az Diasporla İş üzrə Dövlət Komitəsindən daxil olan məlumata istinadən bildirir ki, aksiyada gənclər şəhər sakinləri və əcnəbi qonaqlara 20 yanvar 1990-cı il tarixinin Azərbaycan xalqı və ölkəmizin suverenliyi üçün əhəmiyyəti haqqında məlumat verib.

Mərkəzi küçələrdə yerli ictimaiyyətə bu tarixi əks etdirən broşür və hər kəsə rəmzi xarakter daşıyan qərənfil təqdim edilib. Broşürlarda Varşava sakinlərinə 28 il əvvəl azərbaycanlıların Vətənin azadlığını, milli şərəf və istiqlaliyyətini hər şeydən üstün tutaraq Sovet ordusunun zirehli əsgər və tanklarının qarşısına əliyalın çıxaraq milli azadlıq naminə canlarından keçməsi haqqında məlumat qeyd olunub.

Aksiya zamanı polyakların bir qismi bu tarix və hadisə haqqında məlumatlı olduğunu deyib.Onların çoxu Azərbaycan xalqının müstəqillik mübarizəsini Polşa xalqının keçmiş mücadiləsi ilə müqayisə edərək, parallel və oxşarlıqlar olduğunu deyiblər.

Varşavada 20 Yanvar faciəsi ilə bağlı aksiya keçirilib-Foto


İnform.az

Baxış sayı: 172