Diaspora Akademiyası, Gündəm
22.01.2018 / 17:30

Haaqadadakı 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib-Foto

Haaqadadakı  20 Yanvar şəhidlərinin xatirəsi yad edilib-Foto

Niderland Azərbaycan Türk Mədəniyyət Dərnəyi Haaqada 20 Yanvar faciəsinə həsr edilmiş tədbir keçirib. Dərnəyin ofisində baş tutan anım gecəsində əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhuna dualar oxunub.

Daha sonra 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verən hadisələr xatırlanıb. Qeyd olunub ki, həmin gecə keçmiş Sovet İttifaqının qoşun hissələri xəbərdarlıq etmədən Bakı şəhərinə yeridilib, dinc əhaliyə divan tutulub, yüzlərlə insan qətlə yetirilib, yaralanıb və itkin düşüb. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların böyük heyətinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilib.

Anım gecəsində iştirak edənlər deyib ki, 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Bu gün müstəqil Azərbaycan dövlətinin tartixinə qanlı 20 yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılıb.

Haaqadadakı  20 Yanvar şəhidlərinin xatirəsi yad edilib-Foto


İnform.az

Baxış sayı: 61