Dünya
22.01.2018 / 17:03

İngiltərə XİN başçısı- "Türkiyə haqlıdır"

İngiltərə XİN başçısı-İngiltərənin xarici işlər naziri Boris Conson Türkiyənin Suriyada həyata keçirdiyi “Zeytun budağı” əməliyyatına münasibət bildirib.

APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, B. Conson özünün "Twitter” səhifəsində hadisələri yaxılndan izlədiklərini yazıb.

“Türkiyə öz sərhədlərinin təhlükəsizliyini təmin etmək istəməkdə haqlıdır. Biz Suriyada zorakılığı azaltmaq və daha da önəmlisi, Əsəd rejimini bitirəcək siyasi prosesə diqqəti cəmləşdirmək məsələsində Türkiyə ilə ortaq hədəflərə sahibik", - deyə B. Conson bildirib.

Xatırladaq ki, Türkiyə ötən şənbə günü Afrində silahlı kürd dəstələrinə (YPG) qarşı əməliyyatlara başlayıb.

İnform.az

Baxış sayı: 109