Diaspora Akademiyası, Gündəm
22.01.2018 / 16:33

Almaniyada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb-Fotolar

Almaniyada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb-Fotolar






















20 Yanvar faciəsinin qurbanları Almaniyanın müxtəlif şəhərlərində anılıb. Alman-Azərbaycan Ziyalılar Birliyi və Azərbaycanın Almaniyadakı Səfirliyinin dəstəyilə Berlində təşkil olunan tədbirdə Azərbaycan diasporunun, yerli ictimaiyyətin nümayəndələri və tələbələr iştirak ediblər.Tədbirdə Azərbaycanın dövlət himni səsləndirilib, 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yadedilib. Alman-Azərbaycan Ziyalılar Birliyinın sədri Naibə Şirin ova tədbiri açaraq 28 iləvvəl baş vermiş qanlı 20 Yanvar hadisəsinin Azərbaycan xalqının tarixi nə ən faciəli və ağır günlər dən biri olmaqla yanaşı,həmdə qəhrəmanlıq səlnaməsi kim iyazıldığını deyib.

Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri RaminHəsənov o dövrdə cərəyan etmiş proseslərə n əzər salaraq hadisələrin kökündə Azərbaycan xalqının öz azadlığı uğrunda apardığı mübarizəsinin dayandığını bildirib.Ramin Həsənov20 Yanvar hadisələrinə hüquqi qiymət verilməsinə də toxunub, yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu məsələyə aydınlıq gətirildiyini və MilliMəclisin 1994-cü il martın 29-da qəbul etdiyi qərarla 20 Yanvar hadisələrinin hərbi müdaxilə və cinayət kimi qiymətləndirildiyini bildirib.SəfirAzərbaycanın müstəqilliyə gedən yolunda dönüş nöqtəsi olan 20 Yanvarın xalqın yaddaşında əbədi yaşayacağını vurğulayıb.

Daha sonra 20 Yanvar hadisələrinə dair film nümayiş olunub.

Bakı Alman Azərbaycan Dostluq Cəmiyyəti isəAlmaniyanın Hannover şəhərində 20 Yanvar faciəsinə həsr olunmuş ,,Son yüzildə Azərbaycan və Türkiyənin erməni məsələsi,soyqırımı iddiaları və gerçəklər" mövzusunda konfrans keçirib. Tədbirdə professorlar Aygün Attar və Kamal Arı da iştirak ediblər.
Azərbaycanlılarla yanaşı türk dilli ictimaiyyətin də qatıldığı konfrans çərçivəsində 20 Yanvar faciəsində və Azərbaycant orpaqları uğrunda şəhid olan qəhrəmanların fotolarından ibarət sərgi də təşkil olunub.

Almaniyanın Maqdeburq şəhərində isə 20 Yanvar faciəsi fərqli formatda anılıb. Beləki, şəhərin mərkəzi kücəsində müxtəlif ölkələrin 120-dən artıq təşkilat və cəmiyyətlərinin, əyalət rəhbərlərinin, siyasi partiyaların iştirakı iləkeçirilən və 20 Yanvar faciəsinin ildönümü ilə üst-üstə düşən “Demokratiya yollarında” adlı tədbirdə Maqdeburqdakı Alman-Azərbaycan Cəmiyyəti də təmsilolunub. On mindən artıq insanın iştirakıilə baş tutan tədbirdə Cəmiyyətin üzvləri 20 Yanvar faciəsiilə yanaşı, Xocalı soyqırımı,ümumiyyətlə Azərbaycan həqiqətləri haqqında t ədbir iştirakçılarına geniş məlumat verib. Tədbir çərçivəsində qanlı hadisələri əks etdirən kitablar, müxtəlif materiallar,sənədlər iştirakçılara təqdim edilib.

Almaniyada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb-Fotolar


Almaniyada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb-Fotolar


Almaniyada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb-Fotolar


Almaniyada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb-Fotolar


Almaniyada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb-Fotolar


Almaniyada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb-Fotolar


İnform.az

Baxış sayı: 236