Dünya
22.01.2018 / 15:23

İngilislərdən XƏBƏRDARLIQ

İngilislərdən XƏBƏRDARLIQ
“Türkiyə ABŞ-a meydan oxuyaraq Afrində əməliyyata başladı”.

İnform.az publika.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Silahlı qüvvələri və Azad Suriya Ordusunun (ASO) Suriyanın Afrin bölgəsində 3 gün əvvəl başladığı “Zeytun budağı” əməliyyatını şərh edən Böyük Britaniyanın “Financial Times” nəşri yazıb.

Nəşrin yazdığına görə, əməliyyat Yaxın Şərqdə yeni cəbhələr aça və ABŞ-la münasibətləri daha da gərginləşdirə bilər.

Qeyd edilir ki, ABŞ-la Türkiyə arasında yaşanan gərginliyin əsas səbəblərindən biri Pentaqonun “Suriya Sərhəd Gücləri” adlı qruplaşmanı qurma cəhdidir. Nəşr bildirir ki, ABŞ Afrindəki qrupların koalisiyanın bir hissəsi olmadığını bildirsə də, Türkiyənin Afrinə müdaxiləsini bağışlamayacaq.

İnform.az

Baxış sayı: 153