Diaspora Akademiyası, Gündəm
22.01.2018 / 14:49

20 Yanvar şəhidləri İstanbulda anılıb-Fotolar

20 Yanvar şəhidləri İstanbulda anılıb-Fotolar

20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı İstanbul Türkiyə Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyində (İSTAD) anım mərasimi və fotosərgi təşkil edilib.Tədbirdə 28 il bundan öncə Azərbaycanın suverenliyi və müstəqilliyi uğrunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsi yad edilib.

Bu barədə İnform.az-a Diasporla İş üzrə Dövlət Komistəsindən məlumat verilib.

Məlumata görə Türkiyə Azərbaycan dövlət himnilərinin səsləndirilməsindən sonra İSTAD sədri Sefer Karakoyunlu bu günün Azərbaycanın müstəqillik tarixindəki əhəmiyyətindən danışıb. 20 Yanvar tarixini Azərbaycan türklərinin ölüm-qalım günü kimi qiymətləndirən S.Karakoyunlu qanlı faciənin tarixə eyni zamanda, Azərbaycan xalqının qəhrəmanlıq günü kimi yazıldığını əlavə edib: “1918-ci ildə "Bir kərə yüksələn bayraq bir daha enməz" deyərək Şərqin ilk Respublikasını quran Azərbaycan türkləri iki il sonra rusların təzyiqi nəticəsində müstəqilliklərini itirsə də, müstəqillik ruhunu əsla itirmədi. 1990-cı ildə eyni ruh və düşüncə ilə təkrar ayağa qalxan Azərbaycan xalqı SSRİ tankları qarşısında sinəsini sipər etməklə Vətənin müstəqilliyini bütün dünyaya nümayiş etdirdi”.

Daha sonra çıxış edən Türkiyənin Yıldız Texniki Universiteti professoru Adil Allahverdiyev müstəqillik mübarizəsinin asan olmadığını və ogünkü şərtlərdə Azərbaycan türklərinin çox böyükçətinliklərlə üzləşdiyini vurğulayıb. O, tarixdə olduğu kimi bu hadisələrdə də Türkiyənin Azərbaycanın yanında olduğunu,iki xalqın qardaşlığının əsrlərə dayandığını vurğulayıb.
Tədbirin işriakçılarından Murat Altun isə çıxışında birlik, həmrəylik mesajları verərək bir daha belə hadisələrin yaşanmayacağını və hər zaman müstəqil Azərbaycanın yanında olacaqlarını qeyd edib.

Türkiyə Azərbaycanlı İş Adamları Dərnəyinin (TAİAD) sədri Tural Qurbanov çıxış edərək bildirib ki, 1990-cı ildə şəhidlərimizin qanı bahasına əldə edilmiş müstəqilliyin təməlləri hələ keçən əsrin əvvəllərində - 1918-ci i ldə atılıb. T.Qurbanov Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentininsərəncam verdiyini diqqətə çatdırıb. O qeyd edib ki, Prezident İlham Əliyevin bu qərarı Xalq Cümhuriyyətinə və onun qurucularına verilən yüksək dəyərdir:“Cümhuriyyətin qurucuları olan insanların mütləq əksəriyyəti vətən, millət yolunda şəhid oldular. Bu qərar həm, cümhuriyyət uğrunda şəhid olanların, həm də çağdaş, bağımsız dövlətimizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin ruhuna böyük ehtiramdır”. Daha sonra T.Qurbanov 1990-ci ildə Türkiyənin azərbaycanlılara vermiş olduğu dəstəyə əks etdirən Taksim meydanındakı mitinqdə çəkilmiş fotoşəkilləri nümayiş etdirdi.

Tədbirdə digər çıxış edənlər 20 Yanvar hadisələrinin heç vaxt unudulmayacağını, Azərbaycan xalqının üzləşdiyi haqsızlıqları dünyaya çatdırmaq üçün fəaliyyətlərini davam etdirəcəklərini və bir gün işğal altındakı bütün Azərbaycantorpaqlarınınazadediləcəyinibildiriblər.

Tədbirdə İstanbulda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları rəhbərləri, Azərbaycan diasporunun üzvləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

20 Yanvar şəhidləri İstanbulda anılıb-Fotolar


20 Yanvar şəhidləri İstanbulda anılıb-Fotolar


20 Yanvar şəhidləri İstanbulda anılıb-Fotolar


20 Yanvar şəhidləri İstanbulda anılıb-Fotolar


İnform.az

Baxış sayı: 228