Elm-təhsil
22.01.2018 / 12:14

BANM-ın tələbələri SOCAR-ın təlim mərkəzində təhlükəsizlik təlimləri keçiblər

BANM-ın tələbələri SOCAR-ın təlim mərkəzində təhlükəsizlik təlimləri keçiblərBakı Ali Neft Məktəbinin (BANM) tələbələri SOCAR-ın təşkil etdiyi“Stasionar dəniz platformalarının və üzən qazma qurğularının heyətləri üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat” adlı kursda iştirak ediblər.

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin (TTSİ) “Dənizdə insan həyatının mühafizəsi” üzrə təlim mərkəzində keçirilən kurslara Ali Məktəbin “Neft-qaz mühəndisliyi”, “Kimya mühəndisliyi” və “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasları üzrə təhsil alan 128 nəfər I kurs tələbəsi cəlb olunub.

Qeyd edək ki, yanvarın 11-dən 19-dək davam edəntəlimlər nəzəri və praktiki olmaqla iki hissədən ibarət olub. Nəzəri hissədə tələbələr ilkin olaraq dənizdə işləyən neftçilər və gəmi heyət üzvləri üçün sağ qalma metodikası, fərdi xilasetmə vasitələrindən istifadə qaydaları ilə tanış olublar. Həmçinin, onlar təlimlər zamanı dəniz platformalarının heyətləri üçün təhlükəsizlik üzrə tanışlıq və yanğından mühafizə üzrə ilkin yanğınsöndürmə vasitələrindən istifadə haqda məlumatlandırılıblar. Praktiki hissədə isə tələbələr yuxarıda sadalanan qaydaların tətbiqini reallaşdırıblar.
Təlim mərkəzində tələbələrə həmçinin, üzgüçülük dərsləri də keçirilib.

Qeyd edək ki, BANM və TTSİ arasında əməkdaşlıq haqqında müqavilə çərçivəsində reallaşdırılmış təlimlər beynəlxalq standartlara uyğun və Azərbaycanınqoşulduğu konvensiyaların tələbləri çərçivəsində həyata keçirilib.

İnform.az

Baxış sayı: 113