Maqazin
22.01.2018 / 11:05

Burak Özçivit paylaşdığı fotoyla özünü işə saldı - FOTO

Burak Özçivit paylaşdığı fotoyla özünü işə saldı Türkiyənin populyar aktyorlarından olan Burak Özçivit sosial şəbəkədə paylaşdığı bir şəkillə gündəmi zəbt edib.

İnform.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Burak “Zeytun budağı” əməliyyatı ilə bağlı hərbi formada fotosunu “İnstaqram”da paylaşaraq, dəstəyini göstərib: “Allah ordumuzu qorusun. Bütün dualarımız, ürəyimiz sizinlədir”.

Məşhur aktyorun bu fotosuna 700 minə yaxın bəyənmə gəlib. Bununla belə, ona hərbi xidmətdən yayınması ilə bağlı şərhlər də gəlib. Bu üzdən Burak Özçivit paylaşım üçün şərhləri bağlamaq məcburiyyətində qalıb.

İnform.az
Burak Özçivit paylaşdığı fotoyla özünü işə saldı

Baxış sayı: 263