İdman
21.01.2018 / 21:50

Millimizin oyununda məğlubiyyət

Millimizin oyununda məğlubiyyət21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Antalyada təlim-məşq toplanışı çərçivəsində Albaniyanın U-21 millisi ilə yoldaşlıq görüşü keçirib.

İnform.az-ın xəbərinə görə Rəşad Sadıqovun yetirmələri rəqibinə minimal hesabla məğlub olub - 0:1.

Oyundan əvvəl 20 yanvar şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Rəşad Sadıqovun çalışdırdığı komandamız oyuna qara sarğı ilə çıxıb.

Qeyd edək ki, millimiz Antalyadakı ilk yoldaşlıq oyununda “Alanyaspor” klubunun nəzdindəki U-21 komandasına 3:1 qalib gəlmişdi.

İnform.az

Baxış sayı: 27