Dünya
22.01.2018 / 00:11

İran ordusu hərbi təlimlərə başlayır

İran ordusu hərbi təlimlərə başlayır

Yanvarın 22-də İran ordusu genişmiqyaslı hərbi təlimlərinə başlayacaq.

İnform.az bildirir ki, AZƏRTAC-a bu barədə məlumat verən İran ordusunun koordinasiya məsələləri üzrə komandan müavini kontr-admiral Həbibullah Səyarı bildirib.

“Məhəmməd Rəsullah” adlı təlimlərə hərbi dəniz qüvvələri də cəlb ediləcək.

H. Səyyari diqqətə çatdırıb ki, 2 gün davam edəcək təlimlərin məqsədi ordunun döyüş qabiliyyətini artırmaqdır.

İnform.az

Baxış sayı: 58