Mədəniyyət
21.07.2015 / 13:33

Suğra aşiq olub?

Suğra aşiq olub?

Əməkdar artist, tanınmış aktrisa və florens-rəssam Suğra Bağırova yeni sərgisini keçirəcək.
Açıqlama verən rəssam sevdiyi güllərdən də danışıb: "Keçən il güllərdən hazırladığım əsərlərin sərgisini keçirdim, çox böyük maraqla qarşılandı. Güllərdən hazırlanan əsərlər hər zaman insanların marağına səbəb olub. Yeni sərgi üçün yeni əsərlər hazırlayıram. Hesab edirəm ki, bu sərgi həm də insanların ruhunu dincəldəcək. Onu da deyim ki, mən bütün güllərdən əsərlər hazırlamışam. Amma ən çox çöl çiçəklərini sevirəm. Onlara aşiqəm".

Aysel TALIBQIZI / İnform.az

Baxış sayı: 259