Dünya, Siyasət
21.01.2018 / 22:32

Beylikdüzündə Azərbaycan küçəsi və Qarabağ parkının açılması təkliflərinə baxılacaq

Beylikdüzündə Azərbaycan küçəsi və Qarabağ parkının açılması təkliflərinə baxılacaqMillət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva İstanbulda Beylikdüzü bələdiyyə başçısı Ekrem İmamoğlu ilə görüşüb.

İnform.az Trend-in məlumatına istinadən xəbər verir ki, görüş zamanı Azərbaycanla Türkiyənin bəzi bələdiyyələrinin qardaş bələdiyyələr olduğunu bildirərək, Beylikdüzünün də Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istəyirik deyən Qənirə Paşayeva bələdiyyə başçısı ilə Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı da fikir mübadiləsi aparıb və yaxın zamanlarda İstanbulda, Beylikdüzündə mərkəzi küçələrdən birinə Azərbaycan, mərkəzi parklardan birinə isə Qarabağ adının veriləcəyinə və orada Qarabağ, Xocalı abidəsinin qoyulacağına inandığını deyib və bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb.

Beylikdüzündə Azərbaycan küçəsi və Qarabağ parkının dosta da, düşmənə də önəmli bir mesaj olacağını deyən millət vəkili gənc nəsillərimiz üçün də bu addımın vacibliyini xüsusi vurğulayıb.

Azərbaycanı çox sevdiyini deyən Beylikdüzü bələdiyyə başçısı Ekrem İmamoğlu Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyib. O, həmçinin qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını, hər zaman qardaş Azərbaycanın yanında olduğunu və millət vəkili Qənirə Paşayevanın Azərbaycan küçəsi və Qarabağ parkı və abidəsi ilə bağlı təkliflərini müsbət qiymətləndirdiklərini bildirərək bu təkliflərə baxılacağını deyib. Millət vəkili Q.Paşayeva onu Azərbaycana dəvət edib.

Azərbaycanı çox sevdiyini deyən bələdiyyə başçısı dəvəti böyük məmnuniyyətlə qəbul etdiyini deyərək hər zaman Azərbaycanı görməkdən məmun olduğunu bildirib.

Beylikdüzündə Azərbaycan küçəsi və Qarabağ parkının açılması təkliflərinə baxılacaq


İnform.az

Baxış sayı: 172