İdman
21.01.2018 / 22:04

"Real"dan FANTASTİK QƏLƏBƏ

"Real"dan
İspaniya La Liqasında 20-ci turun oyunları keçirilir.

İnform.az
publika.az xəbər verir ki, doğma meydanda "Deportivo"nu qəbul edən "Real" 3 oyunluq qələbəsiz seriyaya son qoyub. Madridlilər bütün hirsini "Deportivo"nun üstünə töküb.

Qonaqlar 1:7 hesablı acı məğlubiyyətə uğrayıb.

Meydan sahiblərinin heyətində Beyl, Ronaldo və Naço dubl edib. Daha bir qolu Modriç vurub.

Bu, "Real"ın 2018-ci ildə La Liqada ilk qələbəsidir. 35 xal toplayan Zinəddin Zidanın komandası turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.

İnform.az

Baxış sayı: 49