Maqazin
20.01.2018 / 16:12

Faiq Ağayev Nazın hərəkətindən əsəbləşdi:"Axı vicdan necə yol verir belə manqurtluğa?"

Faiq Ağayev Nazın hərəkətindən əsəbləşdi:"Axı vicdan necə yol verir belə manqurtluğa?"

Xəbər verildiyi kimi Türkiyədə evlilik verişinə qatılaraq məşhurlaşan Naz Mila 20 yanvar tarixində, yəni bu gün Türkiyədə gecə klublarının birində konsert verəcək.

İnform.az minval.info-nun xəbərinə istinadən bildirir ki, Nazın bu addımı xalq artisti Faiq Ağayevi hiddətləndirib. O, Nazın fotosunu paylaşıb və yazıb:

“Hansı mühitdə böyüyüb bu şəxs? Nə yeyib? Nə içib? Kimdir onun valideynləri, müəllimləri, əhatəsi? Axı vicdan necə yol verir belə manqurtluğa? Biri məşqə tələsir, biri də belə … 20 yanvar dəhşətini formal qəbul etməyə başlayıblar. Elə bil heç bu zülm olmayıb.”

Qeyd edək ki, Nazın bu hərəkəti sosial şəbəkədə hər kəs tərəfindən tənqid və təhqirlə qarşılanıb.

Faiq Ağayev Nazın hərəkətindən əsəbləşdi:"Axı vicdan necə yol verir belə manqurtluğa?"


İnform.az

Baxış sayı: 1758