Dünya
21.01.2018 / 11:58

Rusiya 2018-ci ildə neft bazarının balanslaşacağını gözləyir

Rusiya 2018-ci ildə neft bazarının balanslaşacağını gözləyirRusiyanın Energetika Nazirliyi ümid edir ki, beynəlxalq neft bazarı artıq cari ildə tarazlaşa bilər.

İnfom.az “Report”-a istinadən xəbər verir ki, bunu jurnalistlərə bazar günü Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.

"Ümumilikdə [neftin qiyməti] bu il balanslaşmalıdır, nə vaxt – onu zaman göstərəcək. Hələlik qalıqların (neft ehtiyatlarının – red.) azalması yaxşıdır, bütün dünyada qalıqların azalması davam edir", - deyə Novak əlavə edib.

Onun sözlərinə görə, Rusiya şirkətləri neft qiymətlərinin qalxmasına baxmayaraq, hələ ki, bahalı neft layihələrinə qayıtmaq niyyətində deyillər.

İnform.az

Baxış sayı: 39