Dünya
21.01.2018 / 10:45

"Nüsra cəbhəsi" mühasirəyə alındı

"Nüsra cəbhəsi" mühasirəyə alındıGeneral Suhelin rəhbərlik etdiyi Suriya ordusu könüllülərlə birgə "Nüsra cəbhəsi" terrorçularını mühasirəyə alıb.

İnform.az “Report”-un məlumatına istinadən xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

"İdlib əyalətinin şərq hissəsində "Nüsra cəbhəsi" terror təşkilatının böyük bir dəstəsinin mühasirəsi başa çatıb", — deyə məlumatda bildirilir.

Həmçinin son üç ildə terrorçuların nəzarəti altında olan Əbu-Duhur aerodromu yaraqlılardan təmizlənib.

İnform.az

Baxış sayı: 135