Baş xəbər, Sosial
20.01.2018 / 15:27

Şəhid əsgər İbrahim Mənəfov dəfn edilib

Şəhid  əsgər İbrahim Mənəfov dəfn edilibAzərbaycan Silahlı Qüvvələrinin cəbhədə şəhid olan əsgəri dəfn edilib.

İnform.az APA-nın Şirvan bürosunun verdiyi məlumata istinadən bildirir ki, Mənəfov İbrahim Möhsüm oğlu bu gün Neftçalanın Bankə qəsəbəsində dəfn olunub.

Dəfn mərasimində rayon ictimaiyyətinin nümayəndələri və İ. Mənəfovun xidmət keçdiyi hərbi hissənin zabit və əsgər heyəti iştirak edib. Dəfn mərasimi fəxri qaravul və yaylım atəşi ilə müşayiət edilib. Azərbaycan bayrağı hərbi hissənin komandiri tərəfindən şəhidin atasına təqdim edilib.

Qeyd edək ki, İ. Mənəfov ötən gün Ermənistan silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində şəhid olub.

Şəhid  əsgər İbrahim Mənəfov dəfn edilib


Şəhid  əsgər İbrahim Mənəfov dəfn edilib


Şəhid  əsgər İbrahim Mənəfov dəfn edilib


Şəhid  əsgər İbrahim Mənəfov dəfn edilib


İnform.az

Baxış sayı: 106