Maqazin
19.01.2018 / 21:50

“İşdən özüm çıxmışam” – Mehriban Məmmədova

“İşdən özüm çıxmışam” –Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin informasiya proqramları studiyasının direktoru Mehriban Məmmədovanın işdən çıxarılması ilə bağlı məlumatlar yayılıb.

İnform.az azvision.az-ın xəbərinə istinadən bildirir ki, onun özü isə rəhbərliklə heç bir problemi olmadığını və işdən öz ərizəsiylə çıxdığını deyib.

"İnsan bir yerdə daimi işləyəsi deyil. Hər kəs iş yerini dəyişə bilər. Amma təəssüf ki, kimlərsə bunu şişirdərək başqa müstəviyə çəkiblər"-deyə Mehriban xanım bildirib.

Ərizəsinə hələ də qol çəkilib-çəkilmədiyini bilmədiyini deyən Mehriban Məmmədova xatırladıb ki, onu daha öncə çalışdığı İctimai Televiziyadan AzTV-yə sədr Arif Alışanovun özü dəvət edib və informasiya proqramları studiyasının direktoru vəzifəsini tapşırıb: "İşlədiyim dövrdə rəhbərliklə hər hansı bir problem yaşanmayıb. Arif Alışanovun təqdimatı ilə mənə fəxri ad və jurnalistlərin binasından ev verilib. Adətən gedənlər nəsə danışırlar. Amma mən səmimi deyirəm ki, heç bir problem olmayıb. O sədrdir, mən studiya direktoru. Studiya direktorunun sədrlə nə problemi ola bilər ki? Rəhbər kimi də mən ondan yalnız yaxşılıq görmüşəm”.

İnform.az

Baxış sayı: 294