Maqazin
21.07.2015 / 13:07

Yeni xəbər var

Yeni xəbər var

Xalq artisti Aygün Kazımova solo-konsertə hazırlaşır. Bunu təşkilatçı Nahid Emiloğlu xəbər verib. O, maraqlı şou hazırladıqlarını vurğulayıb: "Konsert avqustun 21-də istirahət mərkəzlərinin birində baş tutacaq. Gecədə ilk olaraq səhnəyə "Latina boys" qrupu çıxacaq. Daha sonra Aygün xanım sevilən mahnılarını səsləndirəcək. Konsertin sonunda isə dicey maraqlı mahnılarla qonaqları əyləndirəcək. Bir neçə dəfə Aygün Kazımova üçün konsert etmişəm. Bu dəfə də müğənniyə təklif etdim, o da razılaşdı".
Qeyd edək ki, gecəyə biletlərin qiyməti 30 manatdır.

Aysel TALIBQIZI / İnform.az

Baxış sayı: 380