Elm-təhsil
17.06.2015 / 22:33

Buraxılış imtahanının nəticələri açıqlandı

Buraxılış imtahanının nəticələri açıqlandı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən iyunun 16-da keçirilmiş buraxılış imtahanının (IX və XI siniflər üçün) nəticələri elan olunub.

Komissiyadan İnform.az-a verilən məlumata görə, imtahanda iştirak etmiş şagirdlər öz nəticələri ilə TQDK-nın internet saytında http://eservices.tqdk.gov.az/netorta/ linkinə daxil olmaqla və ya iş nömrəsini 7727 nömrəsinə göndərməklə tanış ola bilərlər.

Təqdim olunan linkə daxil olmaqla qiymətləndirmə meyarları ilə də tanış olmaq mümkündür.

Baxış sayı: 503