Baş xəbər, Dünya
19.01.2018 / 12:08

"Kremllə qarşıdurma Tramp üçün əlverişlidir..." Tramp Putinə müharibə ELAN ETDİ

"Kremllə qarşıdurma Tramp üçün əlverişlidir..."ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinin Şimali Koreyaya kömək etdiyi barədə bəyanatı Putinlə Amerika liderinin “şəxsi müharibə”sinin göstəricisidir.

Publika.az “Obozrevatel” nəşrinə istinadən xəbər verir ki, bu haqda siyasi şərhçi, jurnalist Vitali Portnikov bildirib.

Onun fikrincə, Tramp əvvəllər Putinin hərəkətlərinə göz yumurdu.

“Amerka lideri Putinin Ukrayna və Suriyada, həmçinin başqa yerlərdə ABŞ-a etinasızlığını bağışlayırdı. Amma Şimali Koreya ilə bağlı məsələdə bağışlamadı. Və bunda məntiq var. Koreya Xalq Demokratik Respublikası Ukrayna və Suriya münaqişələrdən fərqli olaraq, yalnız beynəlxalq qarşıdurma sahələri deyil. Hərbi təhlükə birbaşa Amerikaya yönəlib. Ən azından Kim Çen In bilavasitə Birləşmiş Ştatları hədələyir. Və bunu bütün dünya, Amerika və Amerika prezidentinin seçicisi eşidir”, - Portnikov qeyd edib.

Bunun Trampın “şəxsi müharibəsi” adlandıran Portnikov əmindir ki, razılaşmaq istədiyi “dost Vladimir” artıq başqa tərəfdə qaldı.

Jurnalistin sözlərinə görə, bu, hazırda Trampın özü üçün də sərfəlidir:

“Çünki Trampı Çinlə deyil, Rusiya ilə əlaqələrdə ittiham edirlər. Tramp Kremldən uzaqlaşarsa və onun Putinlə şəxsi qarşıdurması daha ciddi olarsa, ona yönəlik ittihamlar da azalacaq. Kremllə qarşıdurma Tramp üçün əlverişlidir. Amma Ağ Evlə qarşıdurma Putin üçün son dərəcə əlverişsizdir. Putin özünü təhlükəsizləşdirmək üçün Pxenyanla qarşıdurmada Amerika prezidentinə əyani kömək etməyə məcburdur”.

Amma, Portnikov qeyd edir ki, bu, Putin üçün resept deyil.

“Rusiya rəhbəri ilə razılaşmağın mümkün olmadığını indi Tramp da anladı”, - o yekunlaşdırıb.

Xatırladaq ki, ABŞ prezidenti bir neçə gün əvvəl Rusiyanı Şimali Koreyaya beynəlxalq sanksiyalara keçmək üçün kömək göstərməməkdə ittiham edib.

“Rusiya bizə Şimali Koreya ilə bağlı heç bir kömək etmir. Bizə Çin kömək edir, lakin Rusiyanın etdikləri Çinin əməllərini heçə endirir”, - deyə Tramp bildirib.

Daha əvvəl isə “Röyters” agentliyi Rusiyaya məxsus tankerlərin beynəlxalq sanksiyalara rəğmən Şimali Koreyaya yanacaq çatdırdığını bildirib.

İnform.az

Baxış sayı: 37