Siyasət
19.01.2018 / 11:10

Türkiyə səfirliyi bəyanat verdi:"Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir."

Türkiyə səfirliyi bəyanat verdi:"Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir.""Azərbaycanın müstəqilliyi, azadlığı uğrunda aparılan mübarizənin önəmli hadisələrindən biri olan 20 Yanvar faciəsi əsla unudulmayacaq."

İnform.az-ın xəbərinə görə bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən daxil olan bəyanatda bildirilir.

Bəyanatda qeyd olunur: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir. Bundan 28 il əvvəl bu yolda canını fəda edən şəhidlərimizi rəhmətlə anırıq. Bu kədərli gündə Azərbaycanın kədərini bölüşürük".

Səfirlik bildirir ki, Ümumxalq Hüzn Günü ilə əlaqədar olaraq yanvarın 19-dan 20-nə keçən gecə Türkiyənin Bakıdakı səfirliyində, Gəncə və Naxçıvandakı Baş konsulluqlarında, eləcə də Bakıda Türk Şəhidliyində Türkiyə bayraqları yarıya qədər endiriləcək.

İnform.az

Baxış sayı: 87